Azərbaycanda daha bir audit şirkətinə verilən lisenziya ləğv edilib, digərinə yeni lisenziya təqdim edilib.
Banker.az xəbər verir ki, Auditorlar Palatasının qərarı ilə “ADA AUDIT” MMC-yə vtəqdim edilmiş lisenziya vaxtından əvvəl ləğv edilib.
Şirkət 2019-cu ildə lisenziya əldə etmişdi və direktoru Niftiyev Elçin Zülfüqar oğlu idi.
Şirkətin lisenziyası 2029-dək təqdim edilmişdi.
Digər qərara əsasən “ŞƏFƏQ AUDİT KONSALTİNQ” MMC-yə lisenziya təqdim edilib. Audit şirkətinin direktoru Abbasov Elnur Şirvan oğludur. Ona verilən lisenziyanın müddəti 5 ildir.