11 C
Baku
Monday, November 25, 2024

Ötən il Azərbaycanda 26 mlrd. kubmetrdən çox su ehtiyatı formalaşıb

Ötən il Azərbaycanda 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, bunun 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetri yeraltı su ehtiyatlarına aiddir:

“Yerüstü formalaşan su ehtiyatlarının 4,6 milyard kubmetri ölkə ərazisində, 13,1 milyard kubmetri isə qonşu ölkələrin ərazisində formalaşıb. 2023-cü ildə su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr təşkil edib, bundan 3,2 milyard kubmetri suyun mənbədən təsərrüfatlarına çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə gedib.”

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər