8 C
Baku
Monday, November 18, 2024

“Buraxılış imtahanlarının vaxtı bu ilin sonunda elan ediləcək”

“İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, – deyə Məleykə Abbaszadə qeyd edib.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib:

“Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək”.

Son xəbərlər
Digər xəbərlər