16 C
Baku
Friday, November 22, 2024

2025-ci ildə İstanbulda qaz ticarəti mərkəzi yaradılacaq

2025-ci ildə beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində İstanbulda qaz ticarəti mərkəzi yaradılacaq, Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.

Layihə iştirakçıları Türkiyənin “Botaş” şirkəti və Rusiyanın “Qazprom” şirkəti olacaq. Cənab Bayraktarın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bu məsələ ilə bağlı “Qazprom”a göstəriş verəcəyini təsdiqləyib.

O qeyd edib ki, ticarət mərkəzində İstanbul qaz indeksi fəaliyyət göstərəcək. Qərbin sanksiyalarının tətbiqi, həmçinin “Şimal axını”nda partlayışlar fonunda Rusiya Türkiyədə qaz qovşağı layihəsinə maraq göstərir.

2023-cü ilin yanvarında Türkiyənin Energetika Nazirliyi mərkəzin tikintisinə başlandığını elan edib. 2024-cü il oktyabrın 23-də Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşərək, qaz qovşağının yaradılmasını müzakirə edib.

Son xəbərlər
Digər xəbərlər