16 C
Baku
Friday, November 22, 2024

Azər Türk Bank əmanət faizlərini artırdı

®Dövlət bankı Azər Türk Bank 01 noyabr 2024-cü il tarixindən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltmək barədə qərar verib.

Belə ki, Bankın “Klassik” əmanət məhsulunda bundan əvvəl faizlər aylıq ödənildikdə 1 illik əmanətlər üçün 5%, 2 illik üçün 6% və 3 illik üçün 8% təşkil edirdisə, noyabrın 1-dən başlayaraq bu rəqəmlər müvafiq olaraq 1 illik – 8%, 2 illik – 9% və 3 illik – 10% səviyyəsinədək yüksəldilib.

Əmanətlər üzrə faizlər müddətin sonunda hesablandığı təqdirdə gəlirlilik daha artıq olacaq. Bank tərəfindən birillik əmanətlərdə faizlər 5,5%-dən 8,5%-ə, ikiillikdə 6,5%-dən 9,5%-ə və üçillikdə isə 9%-dən 10,5%-ə qaldırılıb.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər