12 C
Baku
Friday, November 1, 2024

VMF-in xalis mənfəətindəki kəskin enişin səbəbi məlum oldu – hesabat

İş adamı Vahid Mustafayevin 100% payı olduğu “VMF” şirkəti 2024-cü ilin ilk yarısında 65 min manata yaxın xalis mənfəət əldə etməklə keçən ilin müvafiq dövrü ilə nisbətdə kəskin düşüb. Belə ki, şirkət keçən ilin eyni dövründə 292 min manat xalis mənfəət açıqlamışdı.

Banker.az xəbər verir ki, saat satışlarını həyata keçirən şirkətin xalis mənfəətinin düşməsinə səbəb onun gəlirlərinin öncəki illə müqayisədə 5 faiz azalaraq 3 038 min manata düşməsi, inzibati xərclərin isə 28 faiz artımla 1 206 min manata yüksəlməsidir.

VMF-in kapital mövqeyi bölüşdürülməmiş mənfəətin 4 034 min manat olmnası fonunda güclü olaraq qalır. Xalis aktivlərin həcmi 4 074 min manatdır. Mustafayevin şirkətdəki ilkin nizamnamə fondu 20 min manatdır.

VMF sonuncu dəfə birjada borc cəlb edib. Hər biri 100 manat, 18 ayılıq və cəmi həcmi 1 mln. manatlıq istiqraz buraxıb.

Şirkətin işçilərinin sayı ilin əvvəlində 91 nəfərdən ilin ortasına 88 nəfərə düşüb. Neftçilər prospektindəki filialının fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, VMF şirkəti 1998-ci ildə təsis edilib. Hazırda saat və zərgərlik məhsullarının pərakəndə və topdan satışını həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər