13 C
Baku
Saturday, November 2, 2024

İndoneziyada “Google Pixel” smartfonlarının satışı bloklanıb

İndoneziya ölkədə “Alphabet Inc” kompaniyasına məxsus “Google Pixel” smartfonlarının satışına qadağa qoyub.

Buna kompaniyanın smartfonlarda yerli komponentlərdən istifadə tələblərinə əməl etməməsi səbəb olub. Belə ki, hakimiyyət orqanları İndoneziyada satılan smartfon və planşetlərin komponentlərinin azı 40 faizinin yerli istehsal olmasını tələb edir.

Xatırladaq ki, həftənin əvvəlində Cakarta ölkəyə kifayət qədər investisiya qoyulmadığı üçün “Apple Inc” kompaniyasının ən son smartfonlarının satışını da dayandırmışdı.

İndoneziyanın hakimiyyət orqanları yerli sənayeni dəstəkləmək və idxaldan asılılığı azaltmaq siyasəti çərçivəsində xarici şirkətlərdən ölkə daxilində məhsul və xidmətlərin istifadəsi ilə bağlı qaydalara riayət olunmasını tələb edir. Bu, müxtəlif yollarla, o cümlədən investisiya yatırımı və ya yerli əhalinin işə götürülməsi yolu ilə həyata keçirilə bilər.

Ölkənin smartfon bazarı əhalinin artan sayı və gəliri nəzərə alınmaqla, istehlakçılar üçün yetərincə cəlbedicidir.

Son xəbərlər
Digər xəbərlər