“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərdə 02.12.2024-cü il tarixindən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Bu barədə Banker.az şirkətin elanına istinadən xəbər verir.
Dəyişiklər aşağıdakılardan ibarətdir:
1. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş tarif və xidmətlər daxilində dəyişikliklər:
1.1. “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.
1.2. “Azercellim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.
1.3. “GəncSim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,10 AZN xidmət haqqı tətbiq ediləcək.
1.4. “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətlərinə göndərilən hər sorğu üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.
2. Fakturalı və fakturasız xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “SuperSən” (“SuperSən 1GB”, “SuperSən 3GB “, “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB”, “SuperSən 30GB”) və “Premium” (“Premium 50GB”, “Premium 75GB”, “Premium 100GB”) tarif paketləri çərçivəsində təqdim edilən əsas istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balansında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.