Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Tahirov vəzifəsindən azad edilib.
Onun əvəzinə Abas Quliyev təyin edilib.
Qeyd edək ki, Rasim Tahirov əvvəllər Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.