10 C
Baku
Monday, November 18, 2024

PAŞA Kapitaldan USD-də 7% gəlirli Kapital Bank istiqrazlarının uğurlu hərracı

®31 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayteri olduğu Kapital Bank ASC-nin 20 milyon dollar həcmində istiqrazlarının hərracı uğurla həyata keçirilmişdir. 

Fiziki investorların xüsusi aktivliyi ilə seçilən növbəti uğurlu anderraytinq layihəsinin nəticələri aşağıdakı kimidir:

  • İnvestor sayı: 179, 2 nəfər hüquqi, 177 nəfər fiziki şəxs;
  • Ümumi sifariş sayı: 193;
  • PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin sayı: 172;
  • PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin həcmi: 19, 690, 800 ABŞ dollar;
  • Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin sayı: 7; 
  • Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin həcmi: 309, 200 ABŞ dollar.

Fiziki şəxslərin bu istiqrazlara olan marağı Azərbaycan kapital bazarlarında investisiya əməliyyatlarına olan marağın müsbət dinamikasından xəbər verir.

Qeyd edək ki, PAŞA Kapital-ın anderrayteri olduğu Kapital Bank istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7% təşkil edir. İstiqrazların ödəniş dövrü aylıq, tədavül müddəti isə 7 ildir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər