Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Banker.az xəbər verir ki, aparılan monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıra dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Yoxlama zamanı nöqsanlar müəyyən olunmuş iaşə obyektləri aşağıdakılardır:
1. Yasamal rayonu, H.Cavid prospekti və A.Sultanova küçəsinin kəsişməsində yerləşən “Kasap Dönər” MMC-yə məxsus “Kasap Dönər” dönərxanası;
2. Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının çıxışında yerləşən, fiziki şəxs Sadıqov Faiq Xudaverdi oğluna məxsus “Dadlı” dönərxanası;
3. Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Taleh Mübariz oğluna məxsus “Pomidor” dönərxanası;
4. Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, fiziki şəxs Əhmədov Elməddin Mütəllib oğluna məxsus “Halal Dönər” dönərxanası;
5. Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Salmanov Tariyel Hafiz oğluna məxsus “Tatti” dönərxanası;
6. Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mehdi Kərim oğluna məxsus dönərxana.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.