13 C
Baku
Tuesday, November 5, 2024

Mərkəzi Bank “Para”, “Azinvestkedit” və “Azpul” BOKT-ni cərimələdi – MƏBLƏĞ

Azərbaycan Respublikasının Mərkəzi Bankı “PARA” BOKT ASC, “Azinvestkedit” BOKT MMC və BOKT Azpul MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “PARA” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 000 manat məbləğində cərimə edilmişdir.

Cinayət yolu ilə əldə edilmiş mlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” Bank olmayan kredit təşkilatı MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 000 manat məbləğində cərimə edilib.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinə müvafiq olaraq Bank olmayan kredit təşkilatı Azpul MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilmişdir.

  • “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 38.887 milyon manatdır. BOKT-un səhmlərinin 17%-i Eldar Quliyevə, 15.5%-i Alevtina Quliyevaya, 10.95%-i Əşrəf Səfərova, 10.95%-i Faiq Səfərova, 9.8%-i Tamilla Hacıyevaya, 9.6%-i Elnur Quliyevə, 9%-i Vəli Quliyevə, 6%-i Fərman Quliyevə, 3.4%-i İbrahim Səfərova, 3.4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1.4%-i isə digər şəxslərə məxsusdur.
  • “Azinvestkredit BOKT” MMC 2013-cü ilin martında təsis edilib və həmin ilin avqustunda tənzimləyicidən lisenziya (BKT-13) alıb. BOKT-nin təsisçiləri hazırki dövrdə İsmayılova Tamara Pavlovna (50%) və İsmayılov Əkbər Novruz oğludur (50%).
  • BOKT Azpul MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan kredit bazarına çıxış üçün lisenziya əldə edib. Onun sahibi Vladimir Radostovets Nikolayeviçdir. 300 min manat nizamnamə kapitalı tam olaraq bu şəxsə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər