11 C
Baku
Tuesday, November 26, 2024

“Volkswagen” son onilliklərin ən böyük böhranı ilə üz-üzədir

“Volkswagen” indi son onilliklərin ən böyük böhranı ilə üz-üzədir. On minlərlə iş yerinin ixtisarı, zavodların və digər amillər şirkətin qənaətbəxş olmayan vəziyyətini pik həddə çatdırıb.

“Volkswagen”in üzləşdiyi problemlərin nə qədər dərin olduğunu başa düşmək üçün alman avtomobil istehsalçısının insan resursları üzrə rəhbəri və idarə heyətinin üzvü Qunnar Kilianın mövqeyini nəzərdən keçirməyə dəyər. “Financial Times” qeyd edir ki, bundan əvvəl Qunnar Kilian “Volkswagen”in keçmiş sədrinin köməkçisi və əsas səhmdarı olub.

Bu, özünü şirkətin rəqibləri ilə müqayisədə səmərəsizliyində göstərir. Belə ki, keçən il alman avtomobil istehsalçısı 9.4 milyon avtomobil satıb ki, bu da “Toyota”dan (8.8 milyon) bir qədər çoxdur. Lakin bunun üçün “Volkswagen” 684 min, yapon istehsalçısı isə cəmi 375 min işçini cəlb edib.

Sadə dillə desək, alman zavodları avtomobil istehsal etmək üçün daha çox işçi tələb edir. “Volkswagen” də məhz bu problemi həll etməyə çalışır. Lakin çətin ki, “Volkswagen” və ya digər avropalı avtomobil istehsalçıları xeyli ucuz olan modellər istehsal edən Çin rəqiblərinə qalib gələ bilsinlər.

Almaniya hökuməti də “Volkswagen”ə təzyiq göstərərək, şirkətin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini xatırladıb və ondan bütün zavodların təhlükəsizliyini təmin etməyi və məcburi ixtisarlardan qaçmağı xahiş edib.

Problem “Volkswagen”in mətbuat xidməti vasitəsilə vəziyyəti şərh etməkdən imtina edən Qunnar Kilianın səlahiyyətindən çox kənara çıxır. “Hər şeyi bir adamın üzərinə atmaq olmaz. Söhbət, mən deyərdim ki, şirkətə lazımınca xidmət etməyən sistemdən gedir”, – müşahidə şurasının keçmiş üzvlərindən biri deyir.

“Volkswagen” özünü çoxlu tarixi və sistemli baqajdan xilas etməlidir, “Financial Times” yazır.

Son xəbərlər
Digər xəbərlər