13 C
Baku
Saturday, November 23, 2024

COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq

COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq.

Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində İçərişəhərin muzeyləri və təqdim olunan turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.

Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.

Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-dan başlayaraq, saat 22.00-dək ziyarətçilərə piyada və elektromobil ilə qrup və ya fərdi turlar, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti təklif ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər