13 C
Baku
Saturday, November 23, 2024

Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik ixrac həcmi 62 mln. kub-metrə yüksəlib

2024-cü ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə ixrac üçün gündəlik orta ötürücülük gücü 61.7 milyon kubmetr olub.

Banker.az xəbər verir ki, bu barədə operator “BP Azərbaycn” şirkəti məlumat yayıb.

Bu da 2024-cü ilin ilk yarısında 63.1 mln. kub-m, öncəki ilin eyni dövründə isə 60.5 mln. kub-m təbii qaz ixrac edilmişdi.

İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 60 milyon dollar, əsaslı xərclər isə təxminən 13 milyon dollar olub. Keçən ilin eyni dövründə təqribən 49 milyon dollar, əsaslı xərclər isə 4.5 milyon dollardan çox olmuşdu.

İlk üç rüb ərzində Səngəçal terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 609 milyon standart kubfut) Şahdəniz qazı göndərilib. Keçən ilin eyni dövründə bu rəqəm 71 milyon standart kubmetr (təxminən 2 milyard 522 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdi.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Qeyd edək ki, Azərbaycan ümumilikdə 18.731 mlrd. kub-m təbii qazı 6.06 mlrd. ABŞ dolları dəyərində təbii qaz ixrac edib.

Operator şirkət Cənubi Qafqaz Boru Kəməri şirkətidir (CQBKş). Onun sərmayədarları bunlardır:

  • BP (operator – 29,99%),
  • Cənub Qaz Dəhlizi (21,02%),
  • LUKOYL (19,99%),
  • TPAO (19,00%)
  • NİKO (10,0%).
Son xəbərlər
Digər xəbərlər