10 C
Baku
Monday, November 18, 2024

Valensiya ölümcül daşqınlardan sonra İspaniyadan €31 mlrd. yardım istəyib

Bir həftə əvvəl ölkənin cənub-şərqində yağan güclü yağışlar nəticəsində baş verən dağıdıcı daşqınlardan sonra Valensiya səlahiyyətliləri İspaniya hökumətindən 31.4 milyard avro (34.2 milyard dollar) həcmində maliyyə yardımı istəyib. Vəsaitlərin mənzillərin bərpasına və nəqliyyat infrastrukturunun yenilənməsinə sərf olunacağı planlaşdırılır.

Daşqınlar nəticəsində ölənlərin sayı 200 nəfəri keçib (son məlumatlara görə, 217 nəfər təşkil edir), daha yüzlərlə sakin itkin düşmüş hesab olunur. Evlər dağılıb, 100 mindən çox avtomobilə ziyan dəyib.

Hökumətin bu təbii fəlakətə gecikmiş reaksiyası əhalini getdikcə daha çox hiddətləndirir. Bazar günü Valensiyadakı Paiporta şəhərinin sakinləri Baş nazir Pedro Sançes və digər rəsmilərlə birlikdə ora gələn İspaniya kralı VI Filipp və kraliça Letisiyaya palçıq atıblar. Bazar ertəsi günü, noyabrın 4-də fırtına Barselona da daxil olmaqla, Kataloniyanın bir neçə bölgəsinə də ziyan vurub.

Son xəbərlər
Digər xəbərlər