2016-cı ilin fevralın 1-ə əhalini tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 8 mlrd. 643,3 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 522 mln. manat və ya 21,4% artıb.
Bununla yanaşı, bu ilin yanvarında əmanətlərin həcmi 830,6 mln. manat və ya 8,8% azalıb.
APA-Economics