11 C
Baku
Monday, November 25, 2024

“Nvidia” bazar dəyərinə görə “Apple”ı keçərək dünyanın ən bahalı şirkəti olub

Noyabrın 5-də ticarət nəticələrinə əsasən, “Nvidia” dünya üzrə kapitallaşmaya görə “Apple”ı keçərək birinci yerə çıxıb. Belə ki, “Nvidia” səhmləri 2.84% artaraq 139.91 dollara çatıb. Şirkətin kapitallaşması 3.43 trilyon dollar təşkil edib.

Qeyd edək ki, “Apple” səhmləri ticarəti 223.45 dollar (+0.65%) səviyyəsində başa vurub. Bazar kapitallaşmasına görə ilk üçlükdə olan “Microsoft”un dəyəri isə 3.06 trilyon dollar olub.

“Bloomberg” yazır ki, “Nvidia” səhmləri 2022-ci ilin sonundan bəri 850%-dən çox bahalaşıb. 2024-cü ilin əvvəlindən onlar təxminən 182% artıb. Oktyabr ayında şirkətin kapitallaşması qısa müddət ərzində 3.5 milyard dolları ötüb.

Mütəxəssislərə görə, “Nvidia”nın bazar kapitallaşmasının artması şirkətin süni intellekt bumunun ən böyük benefisiarı olduğunu göstərir və investorlar bunun davam edəcəyini gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər