14 C
Baku
Sunday, November 24, 2024

Dövlət Neft Fondu AÇG yatağından 10 aya $6 mlrd.-a yaxın gəlir götürüb

Azərbaycanın suveren fondunun Azəri-Çıraq-Günəşli neft yatağından gəlirlərinin həcmi 2024-cü ilin ilk on ayında 5 milyard 334.2 mln. ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bunu Dövlət Neft Fondu (ARDNF) bu gün açıqlayıb.

AÇG, hansı ki, Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağıdır öncəki ilin eyni dövründə ARDNF-ə  5 mlrd. 865.8 mln. dollarlıq gəlir əldə etmişdi. Bu da illik Fondun gəlirlərinin 531.6 mln. dollar və ya 9 faiz azalması deməkdir.

Fondun AÇG-dən gəlirləri iki məsələdən qaynaqlanır. Neft hasilatının öncəki illə müqayisədə azalması və cari ildə xam neftin bir qədər ucuz olması.

Şahdəniz yatağından (qaz və kondensat) 416.17 mln. dollar gəlir əldə edib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024-01.11.2024 tarixinə): 115,409 mln. dollar olub.

AÇG-nin operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkəti dünən açıqladı ki,

2024-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 500), Qərbi Azəri (75 500), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 400), Qərbi Çıraq (29 100) və ACE (6 500) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub. Keçən rübün sonunda gündəlik hasilat 336 000 barel olmuşdu.

Bununla belə, keçən ildən aşağıdır. Keçən ilin eyni dövründə AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.

2024-cü ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənib.

Son xəbərlər
Digər xəbərlər