7 C
Baku
Thursday, November 7, 2024

Azərbaycandan xarici bazarlara xurma ixracı 167% artıb

Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni salınan intensiv bağların hər hektarına görə fermerlərə 3000 manat subsidiya ödəniləcək

  • Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində 74543 ton xurma ixrac olunub.
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı həcm olaraq 16,7%, dəyər olaraq 14,7% artıb.
  • Azərbaycanda istehsal olunan xurma əsasən Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrə ixrac edilir.
  • Azərbaycanda xurma bağlarının salınması dövlət tərəfindən dəstəklənir.
  • Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq intensiv xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat əkin subsidiyası veriləcək.
  • Bu dəstək mexanizmi Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında ən azı 2 hektar sahədə salınmış, hər hektarda ən azı 650 sertifikatlı xurma tinglərinin əkildiyi bağlara şamil edilir.
  • 2023-cü ilin yekunlarına görə, Azərbaycanda 13200 hektar xurma bağı mövcuddur.
  • Xurma bağlarının 97,3 faizi ənənəvi, 2,7 faizi isə intensiv bağlardır.
  • Ötən il Azərbaycanda xurma üzrə orta məhsuldarlıq 158 sent/hektar olub.
  • Dövət dəstəyi mexanizminin genişləndirilməsi fermerlərin intensiv xurma bağları salmağa marağını artıracaq.

 

Xurma ixraci fb 1 xurmm ixraci site 1

Son xəbərlər
Digər xəbərlər