“Bitcoin”in qiyməti 76 min dolları keçərək tarixi maksimumu yeniləyib. Noyabrın 7-də Bakı vaxtı ilə saat 00:59-da “CoinDesk”in məlumatına görə, kriptovalyutanın qiyməti 76.23 min dollar təşkil edib.
Qeyd edək ki, əvvəlki rekordlar 6 noyabrda qeydə alınıb və müvafiq olaraq 74.3 min və 75.35 min dollar olub. Noyabrın 7-də Bakı vaxtı ilə saat 01:23-ə olan məlumata görə, “Bitcoin” ABŞ-də keçirilən prezident seçkiləri fonunda artımı yavaşladıb və 75.93 min dollar səviyyəsində müəyyənləşib.