13 C
Baku
Friday, November 22, 2024

Çin daha 9 ölkə ilə vizasız rejim tətbiq edib

Daha doqquz ölkənin vətəndaşları Çinə vizasız gedə biləcəklər. Çin səlahiyyətliləri bu ilin əvvəlində başladılan vizasız giriş proqramına Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreyanı əlavə edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransı zamanı bildirib ki, proqram 31 dekabr 2025-ci il tarixinədək qüvvədədir.

Yeni proqram 2024-cü ilin yanvarında fəaliyyətə başlayıb və tədricən ona yeni ölkələr əlavə olunur. İlin əvvəlindən proqram Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İtaliya və İsveçrə, eləcə də Malayziya da daxil olmaqla 11 Avropa ölkəsinin vətəndaşlarına şamil edilib. İyunun sonunda siyahıya Polşa, Avstraliya və Yeni Zelandiya əlavə edilib.

Proqramın şərtlərinə görə, ona daxil olan bütün ölkələrin vətəndaşları adi pasportları ilə Çinə daxil ola və 15 günə qədər ölkədə vizasız qala bilərlər.

Çində ABŞ, Kanada və Böyük Britaniya da daxil olmaqla 54 ölkənin vətəndaşları üçün nəzərdə tutulmuş başqa bir vizasız giriş proqramı da var. Bu ölkələrin vətəndaşları 37 məntəqədən biri vasitəsilə Çinə daxil olmaq və üçüncü ölkəyə səyahət bileti olduqda ölkədə 72 və ya 144 saat vizasız qalmaq imkanı əldə edirlər.

Son xəbərlər
Digər xəbərlər