Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-oktyabr aylarında layihələrin maliyyələşdirilməsinə 2 milyon 767 min manat vəsait sərf olunub.
Muxtar respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Fond tərəfindən bu ilin 10 ayında ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və kənd təsərrüfatı sahələrinə yönəlib.
Verilən kreditlərin 75,9%-i sənaye sektorunun, 16,9%-i müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafının, 7,2%-i xidmət sektorunu dəstəkləyən layihələrin payına düşüb.