8 C
Baku
Thursday, November 7, 2024

Binance-da mem tokenlərdən birinin fyuçersi çökdü

$MOG mem tokeninin qiyməti Binance-də fyuçerslərin istifadəyə verilməsi ilə yüksəldi və çökmə yaşadı.

Banker.az-ın İnvestisiya bölməsi bunu Reuters-ə istinadla bildirir.

“Binance” kriptobirjası Mog Coin ($MOG) mem tokeni üçün kredit çiyni 75x-ə qədər olan müddətsiz fyuçersləri siyahıya əlavə etdi. Birja elan yayımlayanda qiymət 15% kəskin artdı, amma elə sürətlə də əvvəlkindən də aşağı səviyyəyə düşdü.

75x burada 75 dəfə kredit çiyni mənasını verir. Bu da o deməkdir ki, investor öz ilkin kapitalının 75 qatını idarə edə bilər. Məsələn, əgər bir treyderin ticarət üçün $100 vəsaiti varsa, 75x kredit çiyni ilə o, $7 500 dəyərində bir mövqeni idarə edə bilər.

MOG, $869 milyon kapitalizasiyası ilə Coinmarketcap-da 79-cu yeri tutur. Token Ethereum üzərində işləyir və Bybit, KuCoin və digər birjalarda ticarət olunur.

Son bir neçə həftə ərzində Binance, *75x-ə qədər kredit çiyni ilə digər üç mem token ($GOAT, $MOODENG və $PONKE) və əlavə olaraq $TROY, $SAFE və $SANTO tokenləri üçün də fyuçersləri istifadəyə verdi.

Bu il birja anonim yaradıcıları olan bir neçə mem tokeni də siyahıya əlavə edib — $BOME, $MEW, $NEIRO və digərləri. Bunların hamısı əvvəlcə 50-75x kredit çiyni ilə fyuçers bazarında istifadəyə verildi, lakin bəziləri daha sonra birjanın spot bazarına da daxil edildi.

*75x – 75x burada 75 dəfə kredit çiyni mənasını verir. Bu da o deməkdir ki, investor öz ilkin kapitalının 75 qatını idarə edə bilər. Məsələn, əgər bir treyderin ticarət üçün $100 vəsaiti varsa, 75x kredit çiyni ilə o, $7,500 dəyərində bir mövqeni idarə edə bilər.

Son xəbərlər
Digər xəbərlər