Azər Türk Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ödəniş kartlarına sahib olmaq istəyən xanımlara xüsusi güzəşt kampanyası keçirir. Martın 11-dək davam edəcək kampaniya müddətində ödəniş kartı əldə etmək istəyən bütün xanım müştərilər 50 faizlik endirimdən yararlana bilərlər. Ödəniş kartı almaq üçün həyat yoldaşı ilə birlikdə müraciət edən xanımlara isə ikinci kart pulsuz təqdim olunur. Bu kampaniyadan faydalanmaq istəyən xanımlar şəxsiyyəti təsdiq edən sənəd və nikah şəhadətnaməsi ilə Bankın istənilən filialına müraciət edə bilərlər.
Azər Türk Bank bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayır!
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.