COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası
və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi”ndə
Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən və Azərbaycanla “yaşıl enerji”
əməkdaşlığını genişləndirən bir neçə sənəd imzalanıb.
Banker.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam
Satkaliyev, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Səudiyyə
Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud
tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan
Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb.
İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə
Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə
Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik
enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur.