17.4 C
Baku
Friday, May 16, 2025

ABŞ-nin büdcə kəsiri 287% artaraq 257 mlrd. dollara çatıb


Oktyabrda ABŞ-nin büdcə kəsiri 287% artaraq, demək olar ki, 257 milyard dollara çatıb. Bu barədə noyabrın 13-də “Reuters” agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

2023-cü ildə ölkədə büdcə kəsiri 67 milyard dollar təşkil edib. Bundan əlavə, 2023-cü ilin oktyabrında ölkə büdcəsinə Kaliforniyadakı meşə yanğınları və digər təbii fəlakətlər səbəbindən təxirə salınmış 75 milyard dollar vergi daxil olub.

Ağ Ev bildirib ki, 2024-cü maliyyə ili üçün büdcə kəsiri 1.83 trilyon dollar təşkil edib. Bu rəqəm 2019-cu ildən bəri ən yüksək göstərici olub.

Bundan əvvəl, noyabrın 5-də Tramp ABŞ-nin 35 trilyon dollarlıq dövlət borcunu kriptovalyuta ilə ödəməyi təklif edib. 2032-ci ilə qədər ölkənin dövlət borcu ÜDM-nin 140%-ni keçə bilər. Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ siyasətçilərini gəlir vergilərinin tədricən artırılmasını diqqətlə nəzərdən keçirməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər