12 C
Baku
Thursday, November 14, 2024

Qızılın qiyməti iki ayın minimumuna enib

Qızılın qiyməti dolların möhkəmlənməsi fonunda iki ayın minimumuna enib, bu barədə “Bloomberg” yazır. Bildirilir ki, Sinqapurda qızılın spot qiyməti Bakı vaxtı ilə saat 11:50-də bir unsiya üçün 2556.71 dollar təşkil edib. Çikaqo ticarət birjasında dekabr qızıl fyuçersləri 2562.3 dollara (-0.94%) başa gəlib.

“Bloomberg Dollar Spot” indeksi 13 noyabr çərşənbə günü 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Agentlik qeyd edir ki, bu, ABŞ seçkilərində qalib gələn Donald Trampın təşəbbüslərinin iqtisadi artımı və şirkətlərin mənfəətini stimullaşdıracağına dair bazar gözləntiləri ilə bağlıdır.

Qızılın qiyməti oktyabrın 31-də rekord həddə çatdıqdan sonra 7%-dən çox ucuzlaşıb. Həmin ayın sonunda qızılın qiyməti ilk dəfə bir unsiya üçün 2800 dolları keçib. Mütəxəssislərə görə, 2024-cü ilin sonunadək qiyməti metalın qiyməti daha 25% artacaq.

Son xəbərlər
Digər xəbərlər