12 C
Baku
Thursday, November 14, 2024

GP Cotton Holdings COP29 çərçivəsində “Daha Yaxşı Pambıq” Konfransını keçirdi

®GP Cotton Holdings, ölkəmizin pambıq sənayesinin lideri  olaraq, COP29 Qlobal Konfransı çərçivəsində “Daha Yaxşı Pambıq” Konfransını təşkil edib. Tədbir pambıq sənayesinin dəyər zəncirində olan maraqlı tərəfləri bir araya gətirərək, davamlı pambıq təsərrüfatı təcrübələrinin inkişafı, problemləri və imkanları mövzusunda müzakirələr aparmaq məqsədilə təşkil olunub.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun iştirak etdiyi və GP Cotton Holdings şirkətinin sədri Young Simpson tərəfindən idarə olunan tədbirdə, Better Cotton Initiative təşkilatının Standartlar üzrə Direktoru Yannis Bellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) İcraçı Direktoru Erik Traxtenberg, UzTextile Assosiasiyasının Sədri, Cənab Mirmuxsin Sultanov və Prime Cotton şirkətinin baş direktoru Rövşən Mahmudov çıxış edib.   

Müzakirələr davamlı təcrübələrin dayanıqlılığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaq baxımından əhəmiyyətini vurğulayıb. Spikerlər uğur hekayələri və innovativ strategiyalar paylaşaraq, siyasət və sənaye əməkdaşlığının dəyişiklik üçün vacibliyini önə çəkdiblər.

“Better Cotton Initiative ilə əməkdaşlıq etmək GP Cotton və Azərbaycan üçün yalnız irəliyə doğru bir addım deyil, həm də dayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçün böyük bir sıçrayışdır. BCI standartlarına uyğunlaşaraq, biz Qərb ölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbata uyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobal tekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldə bilərik,” deyə Cənab John Young Simpson qeyd etdi.

Better Cotton Initiative (BCI) pambıq sənayesində davamlı kənd təsərrüfatı təcrübələrini təşviq edərək inqilabi dəyişikliklər yaradır. 2009-cu ildə yaradılan BCI, fermerlərə su istifadəsini azaltmaq, pestisidlərin tətbiqini minimuma endirmək, torpaq sağlamlığını yaxşılaşdırmaq və ədalətli əmək standartlarını qorumaq üçün alətlər və təlimlər təqdim edir.

Hazırda Better Cotton qlobal pambıq istehsalının əhəmiyyətli bir hissəsini təşkil edir. H&M, IKEA və Nike kimi əsas markalar öz təchizat zəncirlərində Better Cotton-u istifadə edərək həm davamlılıq məqsədlərinə, həm də istehlakçı tələblərinə uyğun hərəkət edirlər.

GP Cotton Holdings Azərbaycanın pambıq və tekstil istehsal edən ən böyük müəssisəsidir. Şirkət, pambığın becərilməsindən və yığılmasından başlayaraq emal və hazır geyim istehsalına qədər bütün istehsal zəncirinə nəzarət edən şaquli inteqrasiya olunmuş qrup kimi fəaliyyət göstərir. Bu hərtərəfli yanaşma ciddi keyfiyyət nəzarətini təmin edir və dünya miqyasında müştərilərə yüksək keyfiyyətli məhsullar təqdim edir.

Müəssisə pambıqçılıq sənayesində fəaliyyətini sahibi olduğu iki şirkət üzərindən təşkil edir:

Prime Cotton MMC fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. 

GiLTEX MMC isə, geniş çeşiddə və müxtəlif təyinatlı parçalar, həmçinin ev tekstili, xüsusi geyimlər, uniformalar və gündəlik geyimlər kimi müxtəlif hazır tekstil məhsulları istehsalına yönəlib. Müəssisə iplik, toxuculuq, boya, geyim və tibbi maska fabriklərindən ibarətdir.

İnteqrasiya olunmuş fəaliyyəti və davamlılığa bağlılığı ilə GP Cotton Holdings, Azərbaycanın tekstil sənayesində əsas rol oynayaraq, həm yerli iqtisadiyyata, həm də beynəlxalq bazara mühüm töhfələr verir.

2 5 3 7 4 6 5 4

Son xəbərlər
Digər xəbərlər