12 C
Baku
Thursday, November 14, 2024

“SOCAR Green” yaşıl enerji ilə bağlı strateji sazişlər imzalayıb

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyi və Azərbaycanın davamlı gələcəyinin dəstəklənməsinə yönəlmiş bir neçə strateji saziş imzalayıb

SOCAR-ın məlumatına əsasən, bu strateji tərəfdaşlıq innovasiyaların irəliləməsi, karbon emissiyalarının azaldılması və “yaşıl iqtisadiyyat”ın inkişafı üçün açardır.

İmzalanan sənədlərdən biri “SOCAR Green”, “Siemens Energy” və “Nobel Energy” şirkətləri arasında bərpa olunan enerji layihələrinin birgə işlənməsi, enerji təhlükəsizliyinin artırılması və regionun daha təmiz enerjiyə keçidinin sürətləndirilməsi üçün Anlaşma Memorandumudur.

Həmçinin, “SOCAR Green”, “Smart Sustainability Solutions” və “VEMA SA” şirkətləri arasında metan ilə mübarizə, karbon tutulması və digər sahələrə diqqət yetirməklə Azərbaycanın enerji sektorunda ekoloji təmiz həllərin tətbiqi üzrə Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Bundan başqa, “SOCAR Green” və “Esyasoft Holding” arasında bərpa olunan enerji mənbələri, dayanıqlılıq və ekoloji həllər sahəsində təminat səylərini gücləndirərək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, “SOCAR Green” və Səudiyyə Ərəbistanının “FAS Renewables Company” arasında damüstü günəş elektrik qurğularının yaradılmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi və orta həcmli günəş layihələrinin öyrənilməsi üzrə Anlaşma Memorandumu, “SOCAR Green” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində enerji səmərəliliyinin artırılması və bərpa olunan həllərin genişləndirilməsi üzrə Anlaşma Memorandumu da var.

İmzalanan sonuncu sənəd isə “SOCAR Green və Asiya İnkişaf Bankı arasında “SOCAR Green” şirkətinin əməliyyat modelinin gücləndirilməsi, dekarbonizasiya məqsədləri ilə uyğunlaşmanın dəstəklənməsi üzrə texniki yardımın göstərilməsinə dair Əməkdaşlıq Sazişidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər