12 C
Baku
Saturday, November 23, 2024

Yeni yaradılan varis holdinqin kapitalı 9 mln. manat təşkil edəcək

“Sabunçu Sənaye İstehsal” ASC yenidən təşkil edildikdən sonra onun yerinə yaradılan şirkətin yeni statusu və rəhbərliyi məlum olub.

Banker.az xəbər verir ki, 2 ay öncə yenidən təşkil edildiyini bildirən şirkətin  varisi “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti 9.32 mln. manat nizamnamə kapitalı olacaq.

Şirkətin direktoru Qarayeva Könül İsmayıl qızıdır.

Qeyd edək ki, cari ilin sentyabrında ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxsin yaranması ilə əlaqədar “Sabunçu Sənaye İstehsal” ASC-nin ümumilikdə 1 141594 manat dəyərində 570 797 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

“Sabunçu Sənaye İstehsal” ASC yenidən təşkil olunub və “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti “Sabunçu Sənaye İstehsal” ASC-nin hüquqi varisidir.

Son xəbərlər
Digər xəbərlər