10 C
Baku
Monday, November 18, 2024

“Reuters”: Çin səhmləri hökumətin dəstəyi fonunda yüksəlir

Səhmlərin qiymətinin cüzi sabitləşməsinə baxmayaraq, Pekinin stimullaşdırıcı tədbirləri sayəsində səhmlər sentyabr ayının minimum səviyyəsindən orta hesabla 30% yuxarıdır, bu barədə “Reuters” yazıb.

Daşınmaz əmlak satışlarında artıma baxmayaraq, onlar hələ də ötən illə müqayisədə 15.8% azalıb. Noyabrın 8-də Çin hakimiyyəti ölkənin zəifləmiş iqtisadiyyatını dəstəkləmək üçün 10 trilyon yuan (1.4 trilyon dollar) dəyərində tədbirlər paketini təsdiqləyib.

“Financial Times”ın (FT) qeyd etdiyi kimi, dəstək paketi həm də ticarət tariflərini artıracağını vəd edən respublikaçı prezident Donald Trampın dövründə ABŞ-la yaxınlaşan gərginlik fonunda iqtisadiyyatı sabitləşdirməyə yönəlib. “The Washington Post”a görə, rüsumlar 60%-ə qədər artırıla bilər.

Bazar analitikləri “FT”yə bildiriblər ki, hökumətin sentyabr ayında faiz dərəcələrinin endirilməsi, səhm və əmlak bazarlarına dəstək daxil olmaqla monetar stimullaşdırıcı tədbirlər iqtisadiyyata müsbət təsir göstərməyə başlayıb.

Qəzet qeyd edir ki, hökumət il boyu dövlət xərcləri üçün planlaşdırılan istiqraz emissiyalarını da sürətləndirib.

Son xəbərlər
Digər xəbərlər