13 C
Baku
Saturday, November 16, 2024

“Rabitəbank” ASC “Elektron sənəd dövriyyəsi proqramının alışı” ilə bağlı tender elan edir

®“Rabitəbank” ASC açıq tender elan edir.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazası haqqında referanslar
  • İşin icra müddəti 
  • Zəmanət müddəti və texniki dəstək şərtləri

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlərin (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istəniləcək
  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istəniləcək
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd–Lazım olduğu təqdirdə istəniləcək

    Tenderin elan tarixi: 16.11.2024

Tenderin son tarixi: 25.11.2024, saat 13:00.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər