20 C
Baku
Tuesday, April 30, 2024

Özünü təlqin

Tədqiqatçılar bir qrup məktəb müəlliminə kömək üçün müraciət edirlər. Müəllimlərə deyirlər ki, onları məhz müstəsna müəllimlik səriştəsinə və bacarıqlara malik olduqlarına görə bu proyektə cəlb ediblər. Bundan əlavə müəllimlərə bildirilər ki, sizin siniflərdən xüsusi istedada, qeyri-adi qabiliyyətə malik uşaqları seçəcəklər. Amma nə uşaqlar, nə də onların valideynləri bu haqda heç nə bilməyəcək, çünki təcrübənin də mahiyyəti ondan ibarətdir ki, xüsusi vergili uşaqların, öz bacarıqlarına nabələd olduğu halda, özlərini necə aparacağını izləmək mümkün olsun.

Elə gözlənildiyi kimi, hesabatlarda müəllimlər yazırlar ki, həmin uşaqlar inanılmaz dərəcə də dərslərini yaxşı çatdırır və uğurlu nəticələr göstərirlər. Bundan başqa onlar qeyd edirlər ki, bu uşaqlarla işləmək onlara xüsusi zövq verir və onlar istəyərdi ki, bu uşaqlar ilə daha uzun müddət ərzində çalışsınlar.

Amma bu təcrübənin gizli tərəfi də var idi. Məsələ onda idi ki, müəllimlər heç də düşündükləri kimi xüsusi səriştəli olduğu üçün seçilməmişdi. Seçim təsadüfi aparılmışdı. Bundan əlavə şagirdlər də heç xüsusi qabiliyyətlərinə görə fərqlənməmişdi. Onları da bəxtəbəxt təyin etmişdilər. Amma gözləntilərin yüksək olduğu üçün, nəticələr də yüksək olur. Müəllimlərin həm özlərini, həm də şagirdləri məxsusi (müstəsna) hesab etməsi səbəbindən, onlar müstəsna uğur qazanmağa müvəffəq oldular. Bəs, bu nə anlama gəlir? Söhbət ondan gedir ki, sizin özünüz və ətrafdakı insanlar haqqında təsəvvürləriniz sizin və elə digərlərinin həyatını tam dəyişə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər