Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun komandanları qarşısında çıxışı zamanı müharibəyə tam hazırlığın təmin edilməsinin vacibliyini vurğulayıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
14-15 noyabr tarixləri arasında Pxenyanda baş tutan görüş zamanı Kim Çen In Koreya yarımadasında tarixin ən gərgin dövrü olduğunu deyib.