Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Heyvanların diri çəkisi minimum 265 kq və ondan yuxarı olmalıdır. 14 400 ədəd inək, 40 000 ədəd qoyun, 2 000 ədəd qoç, 10 000 ədəd keçi və 1 000 ədəd təkə satın alınacaq.
Ehtimal olunan qiymət isə 69 552 210 manatdır.