Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 306 456 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Banker.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,55 % azdır.
10 aylıq göstəricinin 51 502-si (16,8 %) ilkin, 254 954-ü isə (83,2 %) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 51 582-si fərdi yaşayış və bağ evi, 70 691-i mənzil, 173 315-i torpaq sahəsi, 2 855-i qeyri-yaşayış binası, 7 277-si qeyri-yaşayış sahəsi, 688-i əmlak kompleksi, 48-i isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 81 250-si Bakının, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 231 384 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,85 % azdır.
Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 7,6 % azalaraq 62 671 olub.