14 C
Baku
Tuesday, November 19, 2024

“Revolut” 2025-ci ildən Avropa və Böyük Britaniya səhmlərinin ticarətinə başlayacaq

Fintex şirkəti “Revolut” 2025-ci ildən Avropa və Böyük Britaniya səhmlərinin ticarətinə başlayacaq. Bu onun Böyük Britaniyanın Maliyyə Davranış Təşkilatından (FCA) lisenziya alması sayəsində mümkün olub, “Bloomberg” yazır.

Ticarət lisenziyası şirkətə müştəri aktivlərini idarə etməyə və Böyük Britaniyada müştəri bazasını genişləndirmək üçün brokerləri cəlb etməyə imkan verəcək. “Revolut” həmçinin istiqraz ticarəti də daxil olmaqla əlavə xidmətlərin tətbiqini nəzərdən keçirir.

Qeyd edək ki, “Revolut” müştərilərə bank və broker xidmətləri təklif edir. İyul ayında startap bəzi məhdudiyyətlərlə Böyük Britaniyada bank lisenziyası alıb. Britaniya lisenziyası “Revolut”a xidmətini tam hüquqlu onlayn banka çevirməyə imkan verəcək.

Şirkət “Trading 212”, “Freetrade”, “Hargreaves Lansdown” və “AJ Bell” ilə rəqabət aparmalı olacaq.

“Revolut” 2015-ci ildə Londonda rusiyalı Nikolay Storonski və ukraynalı Vlad Yatsenko tərəfindən təsis edilib. Storonski 2022-ci ildə “Forbes”ə görə ən zəngin rusiyalılar siyahısında 16-cı yeri tutub, onun sərvəti 7.1 milyard dollar olaraq qiymətləndirilib. Elə həmin ildə Ukrayna müharibəsi başlayandan sonra Storonski Rusiya vətəndaşlığından imtina edib.

Son xəbərlər
Digər xəbərlər