Azərbaycan Mərkəzi Bankı tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Mərkəzi Bankın balansında olan əsas vəsaitlərin sığortalanması nəzərdə tutulur.
Daşınmaz əmlakın icbari və əlavə risklərdən sığortası, maşın və avadanlıqların sığortası, elektron cihaz və avadanlıq sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası daxildir. Müddəti 1 ildir.
Ehtimal olunan qiymət isə 249 182 manatdır.