Almaniyanın daşınma şirkəti “Rhenus Freight East Gmbh” Azərbaycanda yeni törəmə şirkət təsis edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu, “Rhenus Logistics Azerbaijan” MMC-dir.
Şirkət oktyabrda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Yasamal Rayonu, Tbilisi pr, ev 49/C ünvanında dövlət qeydiyyatına alınıb.
“Rhenus Logistics Azerbaijan” MMC-nin direktoru Yekaterina Zuban İqoryevnadır. O, 2015-ci ildə şirkətin ölkə üzrə filalına rəhbərlik edirdi.
Şirkətin nizamnamə fondu 25 000 avro təşkil edir.
1912-ci ildə təsis edilən “Rhenus Group Holzvikede” Almaniyada yerləşən beynəlxalq logistika xidmətləri təminatçısıdır. Şirkətin Avropa, Hindistan, Şimali, Mərkəzi və Cənubi Amerika, Asiya, Afrika və Okeaniyada filialları mövcuddur. Şirkət 2023-cü ildə 7.5 mlrd. avro gəlir əldə edib.
Almaniyanın “Rethmann Group” şirkətinin törəməsidir.
“Rethmann SE & Co. KG” Selmdə yerləşən Alman ailə şirkətidir. Bu, beynəlxalq qrupların ana şirkətidir: Remondis (təkrar emal, xidmət, su idarəetməsi), Rhenus (logistika) və Saria (heyvan yan məhsulları və üzvi tullantıların emalı). 2019-cu ildən etibarən, Rethmann Group Fransanın Transdev nəqliyyat şirkətində də 34% pay sahibidir.