13 C
Baku
Friday, November 22, 2024

Azərbaycana qoyun idxalı düşür, ehtiyatdakıların sayı isə 7 milyondan aşağı düşür

Azərbaycanda qoyunların sayının son onillikdə ilk dəfə 7 milyon ədədin altına düşmə ehtimalı yaranıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 oktyabr tarixinə 7 milyon 5.7 min başa düşüb. Bu, illik müqayisədə 217.5 min və ya 3 faiz azalmadır.

Qoyun və keçilərin sayı ölkədə illərdir azalan trendlə gedir. Mövsümdən aslı olaraq saylar dəyişsə də, cari ildə saylar hər bir mövsüm üzrə öncəki ildən aşağıdır. Keçən ilin eyni dövründə 7 milyon 223.2 min ədəd qoyun və keçi vardı.

Məsələn, keçən il yaz sayımında ölkədə 7 milyon 360.8 min olduğu halda, cari ilin eyni dövründə 7 milyon 206 min ədədə düşüb. Trend bu formada davam edərsə, növbəti aylarda 7 milyonun altına düşəcək.

Azərbaycan qida üçün istifadə edilən bu heyvan ətininin bir hissəsini xaricdən alır. Məsələn, cari ilin ilk 9 ayında ölkəyə 139.7 min diri halda qoyun idxal edilib. Bunun da dəyəri 13 milyon 396.4 milyon dollardır.

Keçən ilin ilk 9 ayında xaricdən 304.7 min və ya 23.4 milyon dollarlıq qoyun idxal edilmişdi.

Bundan əlavə bir qoyuna düşmüş orta qiymət də bahalaşıb. Keçən il bir qoyunun orta xərci 75-76 ABŞ dolları olurdusa, bu il qiymətlər 95-96 dollara qədər yüksəlib.

234214 Untitled

Son xəbərlər
Digər xəbərlər