13 C
Baku
Friday, November 15, 2024

Xaricdən alınan kreditlər bahalaşa bilər

Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suveren reytinqini endirməsi yerli kredit təşkilatlarının xaricdən cəlb etdiyi vəsaitləri bahalaşdıra bilər. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.

Bununla belə, onun sözlərinə görə, faizlərin ciddi artımından söhbət gedə bilməz və ən pis halda vəsait illik 10%-lə cəlb olunacaq: “İnanmıram ki, donorlar faizləri ciddi qaldıralar. Tutaq ki, illik 6%-lə vəsait ayıranlar bunu 7%-lə versinlər, inandırıcı deyil”.

Süleyman Kələşov həmçinin əmin edib ki, manatın devalvasiyasından sonra ölkədə iqtisadi çətinliklərin olmasına baxmayaraq maliyyə donorları yenə də azərbaycanlı tərəfdaşları ilə işləyəcəklər: “Xarici investorlar Azərbaycan hökumətinin sahibkarlığın inkişafı, reytinqin artırılması ilə bağlı həyata keçirdiyi tədbirləri görür. Buna görə də, müəyyən şübhələr olsa da, yenə də bizim bazara pul qoyacaqlar, donorluq edəcəklər. Digər tərəfdən isə vəsaitin başqa ölkələrin bazarlarından yerləşdirilməsi elə də asan deyil. Avropada iqtisadi problemlər, çətinliklər var. İnvestorlar çalışırlar siyasi-iqtisadi baxımdan sabit ölkəyə vəsait ayırsınlar. Təhlillər aparılır, müəyyən təşkilatların azı son 3 ili üzrə fəaliyyəti, auditin nəticələri araşdırılır və vəsait ayrılır”.

©Fins.az

Son xəbərlər
Digər xəbərlər