8 C
Baku
Wednesday, December 25, 2024

“Amazon” “OpenAI”ın rəqibinə daha $4 mlrd. sərmayə qoyur

“Amazon” süni intellekt (AI) texnologiyalarının inkişaf etdiricisi və “OpenAI”ın bu sahədə əsas rəqibi “Anthropic” ilə strateji tərəfdaşlığını genişləndirir. Bildirilir ki, şirkət “Anthropic”ə daha 4 milyard dollar sərmayə qoyur. Beləliklə, “Amazon”un “Anthropic”ə ümumi investisiyası 8 milyard dollara çatıb.

“Anthropic” 2021-ci ildə keçmiş “OpenAI” işçiləri tərəfindən yaradılıb. Startap “OpenAI” və “Google” çat-botları ilə uğurla rəqabət aparan böyük “Claude” dil modelləri ailəsini inkişaf etdirib.

2023-cü ilin sentyabrında “Amazon” “Anthropic”ə 1.25 milyard dollar sərmayə qoyacağını açıqlayıb, 2024-cü ilin martında isə startapa daha 2.75 milyard dollar yatırıb. Yeni razılaşma “Anthropic”in dil modellərini öyrətmək üçün “AWS Trainium” və “Inferentia” mikroprosessorlarından istifadə edəcəyini nəzərdə tutur. “AWS” müştəriləri həmçinin “Claude”dakı yeni funksiyalardan yararlana biləcəklər.

Son xəbərlər
Digər xəbərlər