Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Teymur Collection” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə gömrük geyimlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 142 948 AZN təşkil edir.
“Teymur Collection” MMC 27 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 000 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.