13 C
Baku
Saturday, November 23, 2024

Xaricə alüminium satışı Azərbaycana 170 milyon dollara yaxın gəlir gətirib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 169 milyon 12 min dollar dəyərində 62 922 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən alüminiumun dəyəri illik müqayisədə 1.5% artıb, miqdarı isə 0.9% azalıb.

2023-cü ilin eyni aylarında isə xaricə 166 milyon 537 min dollar dəyərində 63 518 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər