13 C
Baku
Saturday, November 23, 2024

Çin avtomobil brendi “Rolls-Royce” və “Maybach” üçün rəqib hazırlayıb

Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi “Huawei” şirkəti “Maextro” markalı avtomobil istehsal edəcək. Qeyd olunur ki, avtomobil “Maybach” və “Rolls-Royce”un məhsulları ilə rəqabət aparacaq.

Bu barədə “CarNewsChina” məlumat verib.

Məlumata əsasən “S800” zavod indeksi verilən avtomobilin faktiki uzunluğu 5.5 metrədək olacaq. “Bu o deməkdir ki, avtomobil ölçülərinə görə D+ sinfinə aiddir və “Mercedes-Benz S” (“Maybach”) sinifi və “Rolls-Royce Ghost” ilə müqayisə edilə bilər. Fərq ondadır ki, “S800″ tam elektrikli olacaq”, – nəşr qeyd edib.

“S800″ün 2025-ci ilin yazında satışa çıxarılacağı və yeni tikilmiş JAC zavodunda istehsal ediləcəyi gözlənilir. Şirkətin ildə bu sedanlardan 35 min ədəd istehsal edəcəyi nəzərdə tutulur.

122

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər