Yunanıstan Azərbaycandan xam neft idxalını 1 milyon 374.6 min metrik tona çatdırıb.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə məhsul üzrə ticarətin 109 faiz artması deməkdir.
Bildirilir ki, idxal edilmiş xam neftə görə, Balkan ölkəsi Azərbaycana $842.64 milyon valyuta ödəyib.
Azərbaycan bu ölkəyə xam nefti, demək olar ki, öncəki illə eyni qiymətə – bir ton üçün 613 dollara ixrac edib.
Keçən il Yunanıstan xaricdən ümumilikdə 22 milyon 782.6 min ton xam neft idxal edib və bunun da 9 milyon 139 min tonu Qazaxıstanın, 5 milyon tonu Liviyanın, 3 milyon 23 min tonu Misirin payına düşüb. Yunanıstan Azərbaycandan ötən il cəmi 530 min ton neft almışdı və bu da 2020-ci ildə qeydə alınan 1 milyon 249 min tondan iki dəfədən çox azdır.