“EmbaFinans” Bank Olmayan Kredit Təşkilatı QSC hər birinin nominal dəyəri 1000 manat olan 4 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
Banker.az bunu BOKT-nin emissiya prospektinə istinadən xəbər verir.
İstiqrazların gəlirliyi 12.5 faiz təşkil edəcək.
BOKT bu istiqrazları bir il müddətinə buraxır.
Xatırladaq ki, BOKT-nin Abbasov Elşad İnşalla oğlu (86%) və Rusiya Federasiyası Polyakova Tamara Başirovnadır (14%). Bir vaxtlar bu BOKT-nin səhmlərinin bir hissəsi iş adamı, deputat Məşhur Məmmədova məxsus olub.