Son illər ölkəmiz qlobal iqtisadiyyatda mövqelərini gücləndirməkdədir.
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində də etibarlı tərəfdaşa çevrilib: “Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək”.