11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanın hərbi potensialının gücləndirilməsinə gələn ilin dövlət büdcəsindən 8,4 milyard manat ayrılacaq

Dövlətimizin başçısının qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb. Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilib.

Bunu maliyyə naziri Samir Şərifov parlamentin noyabrın 25-də keçirilən iclasında deyib

O bildirib ki, 2025-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsində təklif olunan 41 milyard 367,7 milyon manat həcmində dövlət büdcəsi xərclərinin üçdə ikisi və yaxud 27 milyard 691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaqdır. O cümlədən, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyon manat həcmində və yaxud dövlət büdcəsi xərclərinin 9,7 faizində vəsaitin ayrılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bunun sayəsində müasir infrastruktur yaradılması, şəhər və kəndlərin yaşayış yerlərinin tikintisi ilə bağlı aparılan fasiləsiz işlərin davam etdirilməsi təmin olunacaq. Ölkəmizin hərbi potensialını gücləndirməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində və yaxud dövlət büdcəsi xərclərinin 20,3 faiz həcmində vəsait yönəldiləcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat və yaxud 17,8 səkkiz faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə 2 milyard 542 milyon manat və yaxud 43,4 faiz çoxdur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər